December 17, 2024

İT sahəsi: 3 Aylıq Kursdan Seniorluğa Uzanan Yol💩

Bir ayda HTML yazmağı öyrənib, React-də komponent düzəldən hər kəsin Developer adı alıb maaş tələbi qoyması artıq IT sahəsinin gülməli reallığına çevrilib. Bu yazıda tez-bazar kurslardan çıxan "peşəkar" dostları tənqid edirik🤢

thumbnail

Post Details

Son illər IT sahəsinə hər kəsin marağı artıb. Kurslar, proqramlar, qısa vaxtda öyrətmək iddiası ilə bir nəfəri üç ayın sonunda Developer edir. Ancaq məsələnin gülməli və bir o qədər də kökdən problemlərə səbəb olan tərəfi var. 1 ayın sonunda hər P teqi yazan adam özünə proqramçı deyir. İşdə də məşğulluq proqramları və Techest qalibləri kimi kursları bitirənlər ortalığa atılır.


İlk addımda nə olur? “Developer” adı!

Bir də baxırsan ki, kiminsə qəribə dərman resepti kimi kurs siyahısı var:

  • 3 ayda HTML, CSS öyrənmək,

  • React-ı suyun altında öyrədirik yeni texnologiyalarla

  • Bootstrap və bir-iki plugin adı öyrənmək.

  • Advanced Frontend Pro Max adlı intensiv qrupları ilə Visual Studio Code üçün Thema seçməyə dəstək

  • Linkedin profili və CV yaratmaqa dəstək göstəririk (photoshopçumuz aesthetic şəkillərinizi düzəldir linkedin profiliniz üçün)

Sonra? CV yükləmə vaxtı! Senior vakansiyası görəndə Junior proqramçılar ora CV atır.

Vakansiya sahibinin suallara cavabı budur:

  • “State-i bilirsən?”
  • “Bilmirəm, amma CSS ilə hover edə bilirəm divlərə”.

İstər-istəməz adamın "Eee...Nə hoppana-hoppana gəlmisən onda?" deyəsi gəlir.


Maaş Tələbləri: Ayı Gördü Xoruzun Yuvasını

Bu dostlar React-i tutorialdan öyrənən kimi dönüb deyir: "Minimum 2000 AZN maaş istəyirəm".

Sual verirsən ki:

  • “Daha əvvəl iş təcrübəniz olub?”
  • “Freelancer işləmişəm daha əvvəl (heç harda işləməyib,kursda öyrədiblər belə de)” 🤣.

Bəzən tənbəl dostların cavabı daha da müthiş olur:

  • Flexbox ilə Grid fərqni nədir?
  • “Onu gələn dərs keçəcəkdik,sonra deyərəm” 👀.

Real Problemlər: Öyrənməmək Və Problem Həlli

İT sahəsində Developer olmaq istəyən biri öncə real təcrübdə problem həll etməyi öyrənməlidir. Sadəcə tag-larla şou yaratmaqla iş bitmir.

Bəzi dostlar JavaScript-in köklərini öyrənmədən React-in altına girir.


Son Söz: Bilməmək deyil öyrənməmək ayıbdır

Developer olmaq o qədər asan deyil. İki- üç tutorialla özünə middle adı qoymaq yerinə biliklərini real lahiyələrdə sına. Junior maaşı xoşuna gəlmirsə, iş və real təcrübə topla!

Unutma: HTMLə CSS yazmaq Developer olmaq demək deyil!

Biraz düşünək, biraz öyrənək ❤️🛠.